Son dəqiqə

Ermənistan

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərlə bağlı müzakirəyə başlayıb

Bakı, TurkicWorld

Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyətinə dair əsasnamənin ölkənin əsas qanununa uyğunluğunu nəzərdən keçirməyə başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistanın Xarici İşlər Nazirliyi avqustun 30-da İrəvan və Bakı arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti barədə razılaşmanın imzalandığını açıqlayıb.

Ermənistan Konstitusiya Məhkəməsinin iclası qapalı rejimdə keçirilir. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə müzakirə ediləcək.

Bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.

Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb.

Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Mövzuya görə xəbərlər