Son dəqiqə

Ermənistan

Qərb Ermənistanı Aİ-yə dəvət etmək fikrində deyil

Bakı. TurkicWorld:

Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək fikrində deyil, heç Ukrayna da yaxın gələcəkdə bunu görməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Rosiyskaya Qazeta"da dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan arasındakı dostluq çoxdandır ki, Vaşinqton və onun müttəfiqlərinin "gözünə batır". ABŞ, Aİ və NATO-nun emissarları tez-tez Ermənistanda qonaq olur və boş vədlər verirlər. Qərb Ermənistanın Aİ-yə üzvlüyünü isə tam loyallıq müqabilində təklif edir.

"Lakin aldanmağa dəyməz: bu cür vədlər sadəcə neokolonial "siçan tələsində" yemdir. Heç kim "seçilmişlər klubu"nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil", - Medvedev qeyd edib.

Mövzuya görə xəbərlər