Son dəqiqə

Meksika

Meksikada istidən ölənlərin sayı artıb

Bakı. TurkicWorld:

Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 90-a yüksəlib.

TurkicWorld xəbər verir ki, ölkənin Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi əyalətlərində başda olmaqla rekord temperatur səbəbiylə ölüm halları artır.

Ölkə üzrə 2024-cü ilin əvvəlindən bəri yüksək temperatur nəticəsində isə 90 nəfər ölüb.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, mayın 29-dan iyunun 5-dək kəskin istilər səbəbindən 29 nəfər dünyasını dəyişib

Təxminən 2 min adamın günvurma səbəbiylə xəstəxanalara müraciət etdiyi bildirilir.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər