Son dəqiqə

Meksika

Meksikada dörd bölgədə təhsil dayandırılıb

Bakı,TurkicWorld

Meksikanın Sinaloa əyalətində narkotik kartelinin törətdiyi zorakılıqdan sonra 4 bölgədəki bütün məktəblərdə təhsilin dayandırıldığı bildirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Sinaloa qubernatoru Ruben Rocha açıqlama verib.

Bundan əlavə, Rocha Culiacan şəhərinin mərkəzindəki meydanda Müstəqillik Günü qeyd etmələrinin də ləğv edildiyini bildirib.

“İki qrup arasında qarşıdurmalar var. Xalqın bundan təsirlənməməsini təmin etməliyik”,- deyə Meksika prezidenti Andres Manuel Lopez Obrador zorakılıqla bağlı açıqlama verib.

Obrador qeyd edib ki, sülhü qorumaq üçün əyalətə kifayət qədər sayda təhlükəsizlik qüvvələri yerləşdiriləcək.

Mövzuya görə xəbərlər