Son dəqiqə

Meksika

Meksikada atışma baş verib

Bakı, TurkicWorld

Meksikanın şimalında bir bufetə silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib. Polis qrupları qaçan təcavüzkarı tutmaq üçün əməliyyat başladıb.

TurkicWorld xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Quanaxuato əyalətinin Apaseo del Qrande qəsəbəsində bufet və ətrafdakı müştərilərə silahlı hücum edilib.

Hücum zamanı 9 nəfər hadisə yerində ölüb, 5 nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər əvvəlcə köşkdəki insanlara, sonra isə ətrafdakı müştərilərə təsadüfi atəş açıblar.

Hücumun baş verdiyi əraziyə çoxlu sayda polis əməkdaşı göndərilib. Qaçan hücumçuların tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.

Mövzuya görə xəbərlər