Bakı. TurkicWorld:
Daha əvvəl respublikanın Sakit Okean sahillərini vuran "Con" qasırğası nəticəsində Meksikada ölənlərin sayı 15-ə yüksəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopez Obrador X-də bildirib.
“Təəssüf ki, prokurorluğun məlumatına görə, ölənlərin sayı 15 nəfərdir”, - dövlət başçısı bildirib.
Ordu, Hərbi Dəniz Qüvvələri və Milli Qvardiyanın iştirak etdiyi xilasetmə əməliyyatının birinci mərhələsi başa çatıb.
Qerrero ştatı ilə yanaşı, qonşu Miçoakan və Oaxaka ştatları da təbii fəlakətdən zərər çəkib. Qasırğanın yaratdığı güclü yağış yolların aşınmasına, evlərin uçmasına və torpaq sürüşməsinə səbəb olub. Minlərlə yerli sakin rabitəsiz və işıqsız qalıb.