Bakı, TurkicWorld
Meksika ordusu və immiqrasiya orqanları ölkə daxilində mühacirlərə qarşı əməliyyat keçirib.
TurkicWorld xəbər verir ki, Donald Tramp narkotik və qeyri-qanuni miqrant axınını dayandırmasa, Meksikadan gələn bütün məhsullara 25 faiz gömrük rüsumu tətbiq edəcəyi açıqlamasından sonra Meksika rəhbərliyinin ölkə daxilində bir gündə 5 min 234 qeyri-qanuni miqrant saxladığını açıqlanıb.
Meksika prezidenti Klaudiya Şeynbaum 2023-cü ilin dekabrından 2024-cü ilin noyabrına qədər Meksika-ABŞ sərhədində miqrantların hərəkətliliyinin 75 faiz azaldığını əsas gətirərək hökumətin immiqrasiya siyasətini müdafiə edir.
Lakin Meksikanın cənub sərhədindəki vəziyyət fərqli reallığı əks etdirir.
Meksikanın İmmiqrasiya Siyasətləri, Qeydiyyat və Şəxsiyyət Vahidinə (UPMRIP) görə, 2024-cü ilin iyul ayına olan məlumata görə, Latın Amerikası, Asiya və Afrikadan olan 229 min 379-dan çox immiqrant Meksikanın Qvatemala ilə həmsərhəd olan cənubundakı Çiapas əyaləti vasitəsilə ölkəyə daxil olub.
Qeyd edək ki, bu rəqəm 2023-cü illə müqayisədə 24 faiz, 2022-ci illə müqayisədə isə 80 faiz artımdan xəbər verir.