Bakı. TurkicWorld:
Meksikada ilin əvvəlindən etibarən müşahidə edilən istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib. Qızmar istilərin oktyabrın 5-dək davam edəcəyi elan edilib.
TurkicWorld xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, şiddətli istilərin təsirli olduğu ölkədə ölənlərin sayının artması ilə yanaşı bəndlərdəki suyun səviyyəsi azalmağa doğru gedir.
Əksəriyyəti Verakruzda olmaqla 2024-cü ilin əvvəlindən ölkə üzrə həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb,
Belə ki, Veracruz, Tabasco, Tamaulipas, Nuevo Leon və San Luis Potosi əyalətlərində havanın temperaturu 45 dərəcəni keçib.
Səhiyyə Katibliyindən verilən açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.
Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib.
Bildirilib ki, qızmar istilər oktyabrın 5-dək davam edəcək.
Digər tərəfdən, bəzi ştatlarda buxarlanma səviyyəsinin sürətlə artmasına görə bəndlərdəki suyun miqdarı kritik səviyyəyə düşüb.