Bakı. TurkicWorld:
Kanada "AUKUS" alyansı (Avstraliya, Böyük Britaniya, ABŞ) ilə bir neçə sahədə qeyri-nüvə hərbi silahlarının birgə inkişafını nəzərdə tutan ikinci komponent çərçivəsində əməkdaşlıq etmək niyyətindədir.
TurkicWorld-un məlumatına görə, bu barədə Kanadanın müdafiə naziri Uilyam Bler Sinqapurda "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.
"Əminəm ki, müttəfiqlərimiz ikinci komponent üzrə bu əməkdaşlıq formatını inkişaf etdirdikcə, Kanada da onun bir hissəsi olacaq", - deyə o bildirib. Nazir qeyd edib ki, ölkəsi “süni intellekt, kvant fizikası, sensorlar” və digər texnologiyalar sahələrində böyük töhfələr verə bilər.
Eyni zamanda, U.Blerin fikrincə, Kanadanın özü belə tərəfdaşlıqdan faydalanacaq.