Son dəqiqə

Si Cinpin Çin

2026-cı ildə Çin-Ərəb sammiti keçiriləcək

Bakı, TurkicWorld:

2026-cı ildə ikinci Çin-Ərəb zirvə toplantısı keçirəcək.

TurkicWorld xəbər verir ki, bunu mayın 30-da Pekində keçirilən Çin-Ərəb Əməkdaşlıq Forumunun 10-cu nazirlər iclasının açılış mərasimində Çin prezidenti Si Cinpin deyib.

“Əminəm ki, bu, Çin və ərəb ölkələri arasında münasibətlərdə yeni bir mərhələ olacaq”, - deyə Cinpin bildirib.

Qeyd edək ki, birinci Çin-Ərəb sammiti 2022-ci ildə keçirilib.

Mövzuya görə xəbərlər