Son dəqiqə

Çin tennis Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) Pan Jenlun

Çinli tennisçi Pan Jenlun diskvalifikasiya edilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) 25 yaşlı Pan Jenlunun danışılmış oyunlarda iştirakına görə 12 illik diskvalifikasiya qərarı verib.

TurkicWorld-un məlumatına görə, tennisçi həmçinin 110.000 dollar məbləğində cərimələnib.

Pan Jenlun iştirak etdiyi beş matçın danışılmış olduğunu etiraf edib və digər tennisçilərə 17 dəfə rüşvət vermə cəhdindən danışıb. 7 noyabr 2024-cü ildə başlayan müvəqqəti diskvalifikasiya nəzərə alınmaqla, onun tam diskvalifikasiyası 6 noyabr 2036-cı ildə başa çatacaq.

Pan Jenlun 2024-cü ildə karyerasının ən yüksək dünya reytinqinə çataraq 1316-cı yerdə qərarlaşıb.

Mövzuya görə xəbərlər