BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Çinin Milli Neft Korporasiyası (CNOOC) 2025-ci ildə Bohay neft-qaz yatağında rekord səviyyədə – 40 milyon ton neft və qaz hasilatı həyata keçirib.
TurkicWorld-un məlumatına görə, bu göstəricinin artması əsasən "Kenli 10-2" və "Boçjun 26-6" neft yataqları da daxil olmaqla bir sıra əsas obyektlərin səmərəli istismarı ilə bağlıdır.
Qeyd olunur ki, Bohay neft-qaz yatağı Sarı dənizin Bohay körfəzində yerləşir və Çinin ən böyük yatağı hesab olunur. Yataqda ümumi hasilat həcmi artıq 600 milyon tonu ötüb.







