BAKI, TurkicWorld
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı vəziyyətin həlli üçün Əbu-Dabidə keçiriləcək danışıqların yeni tarixlərini açıqlayıb.
TurkicWorld-un məlumatına görə, bu barədə V.Zelenski "Telegram" kanalında yazıb.
"Danışıqlar qrupumuz bu yaxınlarda məlumat verdi. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevral tarixlərində Əbu-Dabidə", - deyə o bildirib.
Onun sözlərinə görə, "Ukrayna əsaslı müzakirələrə hazırdır və nəticənin bizi münaqişənin real və ləyaqətli şəkildə sona çatmasına yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır".







