Son dəqiqə

İran Çin Rusiya ABŞ-də fövqəladə vəziyyət ABŞ prezidenti Donald Tramp Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi və xarici siyasəti

Tramp Kubadan gələn təhlükə səbəbindən ABŞ-də fövqəladə vəziyyət elan etdi

BAKI, TurkicWorld

ABŞ Kubadan milli təhlükəsizliyə "təhdid" səbəbindən fövqəladə vəziyyət elan edib.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.

"Kubadakı vəziyyətin Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid təşkil etdiyini düşünürəm (...) və bununla əlaqədar olaraq milli fövqəladə vəziyyət elan edirəm", - deyə sənəddə bildirilib.

Trampın sözlərinə görə, Kuba rejimi Rusiya, Çin və İran da daxil olmaqla "çoxsaylı düşmən ölkələrlə", eləcə də "transmilli terrorçu qruplar və ABŞ-yə düşmən olan pis niyyətli subyektlərlə" əməkdaşlıq edir.

Mövzuya görə xəbərlər