Son dəqiqə

Uşaqların dini tərbiyəsi: hüquqi çərçivə nə deyir? Dindar valideynlərin hüquqları qanunvericilik prizmasında Məcburetmə və zorakılıq: tərbiyədə hüquqi fərqlər Azərbaycan qanunlarında uşağın dini tərbiyəsi məsələsi Valideynin tərbiyə hüququ və uşağın ləyaqətinin qorunması Dini etiqad azadlığı və uşaq hüquqları arasında balans

Uşaqların dini tərbiyə məsələsi və dindarların hüquqi maarifləndirilməsi

BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.

Son günlər baş verən hadisələr, bəzi şəxslərin hicab ilə və dini tərbiyə ilə bağlı səsləndirdikləri fikirlər bir məsələni aktual edir. Dindarların mədəniləşmə prosesində önəmli olan hüquqi biliklərin və hüquqi mədəniyyətin onların arasında güclənməsidir. Burada bilinməsi olan birinci məsələ Azərbaycan Konstitusiyasında, daha sonra isə “Dini etiqad azadlığı haqqında” Qanunda onların hüquqlarının ifadəsidir (AR Konstitusiyası, maddə 18; maddə 25; maddə 48).

Hər bir dindar bir vətəndaşdır (AR Konstitusiyası, maddə 25). Mən dini siyasi partiya və təşkilatların tərəfdarı deyiləm. Amma dindar bir vətəndaş olaraq ümumi hüquqi biliklərə malik olmalıdır (AR Konstitusiyası, maddə 71 – hüquq və azadlıqların təminatı).

Növbəti mərhələ ailə və uşaq haqqında qanunlarda tərbiyə prosesində məcburetmə olarmı, olmazmı onu bilməkdir (“Uşaq hüquqları haqqında” Qanun, maddə 12; Ailə Məcəlləsi, maddə 56). Məcburetmə və zorakılıq həmişə eyni şeyimi ifadə edir?

Tərbiyə zamanı məcburetmə pedaqoji bir zərurətdir. Bu heç də zorakılıq və ya şəxsiyyəti alçaltmaq demək deyildir (AR Konstitusiyası, maddə 46 – şərəf və ləyaqətin müdafiəsi). Zorakılıq başqa anlayışdır və qanunla qadağandır (“Uşaq hüquqları haqqında” Qanun, maddə 27).

Dindar da, dindar olmayan da övlad tərbiyəsi zamanı məcburetmə tədbirlərindən istifadə edir. Məsələ, uşaq öz başına təhsil almaq istəməsə, onun təhsilə məcbur edilməsi ən azı doqquz sinif zəruri deyildirmi? (AR Konstitusiyası, maddə 42 – ümumi orta təhsil icbaridir).

Bir sözlə, hər bir valideyn uşağını onun şərəf və ləyaqətini alçaltmadan, xəsarət yetirmədən öz mənəvi, dini görüşləri əsasında tərbiyə edə bilər (“Dini etiqad azadlığı haqqında” Qanun, maddə 5; AR Konstitusiyası, maddə 46).