Son dəqiqə

Diasporla İş üzrə Dövlət Komitəsi Fuad Muradov Qars Təhsil və Mədəniyyət Vəqfi Kamil Salduz

Komitə sədri Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyətini qəbul edib

BAKI, TurkicWorld

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qars Təhsil və Mədəniyyət Vəqfinin sədri Kamil Salduzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qonaqları salamlayan sədr yeni yaradılan vəqfin fəaliyyətinə uğurlar arzulayıb və komitə tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib. O həmçinin Şərqi Anadolu bölgəsindən olan Azərbaycan əsilli Türkiyə vətəndaşlarının bir araya gəlməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Kamil Salduz səmimi qəbula görə təşəkkür edib. 19 oktyabr 2025-ci il tarixində Türkiyənin "Rəsmi qəzet"ində yayımlanan elanla fəaliyyətə başlayan vəqfin qurucularının və qəyyumlarının əksəriyyətinin Qars əsilli şəxslər olduğunu söyləyib. Vəqfin əsasını təşkil edən "Qars Dostluq Qrupu" nun indiyə qədər bir çox mədəni proqramlar keçirdiyini bildirib. 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə Ankara və İstanbulda 28 May – Müstəqillik Gününə həsr olunan kütləvi konsertlərin baş tutduğunu xatırladıb.

Mövzuya görə xəbərlər