Son dəqiqə

İsrail İran ABŞ Körfəz ölkələri Benyamin Netanyahu İsrail İran hücumu

İranın ağır sənayesi və polad potensialı çökdürülüb - Netanyahu elan etdi

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrail hərbi hava qüvvələrinin birgə həyata keçirdiyi zərbələr nəticəsində İranın polad istehsalı gücünün 70 faizinin məhv edildiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, Netanyahu bu barədə yaydığı video-müraciətdə hərbi əməliyyatların Tehranın iqtisadi və hərbi sütunlarına ağır zərbə vurduğunu vurğulayıb.

Baş nazirin sözlərinə görə, həyata keçirilən əməliyyatlar təkcə hərbi komandirləri və infrastrukturu hədəf almır, həm də İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) silah istehsalı üçün zəruri olan maliyyə və xammal resurslarından məhrum edir. Netanyahu polad sənayesinin sıradan çıxarılmasını "böyük nailiyyət" adlandıraraq, bunun İranın raket istehsalı və zirehli texnika təminatı potensialını minimuma endirəcəyini qeyd edib.

Beynəlxalq hüquq normalarına görə mülki obyektlərə, o cümlədən zavodlara hücumlar müəyyən şərtlər daxilində qadağan olsa da, İsrail rəhbərliyi bu müəssisələrin İranın "hərbi maşınını" qidalandıran birbaşa resurs mərkəzləri olduğunu iddia edir. Ekspertlər hesab edir ki, polad sənayesinin iflic olması Tehranın həm daxili hərbi sənayesi, həm də regional proksi qüvvələrinə göstərdiyi dəstəyi ciddi şəkildə zəiflədəcək.

Mövzuya görə xəbərlər