Son dəqiqə

İsrail Avropa Komissiyası Cozep Borrell Rəfah

İsrail Rəfah əməliyyatını dayandırmalıdır – Borrell

Bakı,TurkicWorld

İsrail Rəfaha olan quru əməliyyatlarını dayandırmalıdır.

TurkicWorld xəbər verir ki,bu sözləri Avropa Komissiyasının vitse-prezidenti və Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri üzrə Ali Nümayəndəsi Josep Borrell vurğulayıb.

“İsrailin Rafahdakı mülki şəxslər üçün təxliyə əmrləri ən pisini göstərir. Daha çox müharibə və aclıq. Bu qəbuledilməzdir. İsrail quru əməliyyatından imtina etməli və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsini yerinə yetirməlidir”,- deyə Borrell bildirib.

Qeyd edək ki, İsrail qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.

Mövzuya görə xəbərlər