Son dəqiqə

Şotlandiya Həmzə Yusif

Şotlandiyanın baş naziri istefa verib

Bakı. TurkicWorld:

Şotlandiyanın ilk müsəlman baş naziri Həmzə Yusif tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, o, bu barədə Edinburqda keçirdiyi mətbuat konfransında bildirib.

“Mən belə qənaətə gəldim ki, münasibətlərimizi siyasi parçalanma olmadan bərpa etmək üçün idarədə başqası olmalıdır", - deyə o açıqlamasında bildirib.

Həmzə Yusif onu da qeyd edib ki, vəzifəyə yeni şəxs seçilənə qədər fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, 2023-cü il martın 27-də Şotlandiyanın keçmiş regional baş naziri və SNP lideri Nikola Sturgeon-un istefasından sonra Həmzə Yusif iki gün sonra and içərək vəzifəsinin icrasına martın 29-da rəsmi olaraq başlayıb və "Şotlandiyanın ilk müsəlman baş naziri" olub.

Həmzə Yusifin atası pakistanlı olub və 1960-cı illərdə Şotlandiyaya mühacirət edib, anası isə Keniyada Cənubi Asiya əsilli ailədə doğulub.

X: Lamanasadli01