İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verib

İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verib

Bakı. TurkicWorld:

Oktyabrın 7-də baş vermiş hücumun qarşısını ala bilmədiyinə görə İsrailin hərbi kəşfiyyatının rəhbəri Aharon Haliva istefa verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu açıqlayıb.

Haliva 7 oktyabr hücumlarından sonra uğursuzluğunu qəbul edən və istefa verməyə qərar verən ilk yüksək rütbəli hərbçidir.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.