İtaliya Yaxın Şərqdə təcili deeskalasiyaya çağırıb

İtaliya Yaxın Şərqdə təcili deeskalasiyaya çağırıb

Bakı. TurkicWorld:

İsrailin İrana zərbələr endirməsi xəbərindən sonra Roma Yaxın Şərqdə təcili deeskalasiyaya çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.

Qeyd edək ki, səhər saatlarında İsrail İran ərazisinə raket zərbələri endirib.

Aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

X: Lamanasadli01