Son dəqiqə

İrəvan

İrəvanda Müdafiə Nazirliyinin keçmiş binası partladılıb

Bakı. TurkicWorld:

İrəvanda Müdafiə Nazirliyinin keçmiş binası partladılıb.

TurkicWorld xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Dövlət Gəlirlər Komitəsinin balansında olan binada kasıb ailələr məskunlaşsa da, 2023-cü ilin fevral ayında bina boşaldılıb.

Qeyd olunub ki, partladılan binanın yerində Ermənistan Dövlət Gəlirlər Komitəsinin inzibati binası və Xarici İqtisadi Fəaliyyət Mərkəzi inşa olunacaq.

Mövzuya görə xəbərlər