Son dəqiqə

İrəvan

İrəvanda polis bölməsinə hücum Qərbin Ermənistan hökumətinə xəbərdarlığıdır - KİV

Bakı. TurkicWorld:

İrəvanda polis bölməsinə hücum Qərbin Ermənistan hökumətinə xəbərdarlığıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qeyd olunub ki, Qərb Ermənistan hökumətinə Azərbaycanla sülh sazişini imzalaması üçün təzyiq göstərir. Belə ki, bundan sonra Qərbin Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq arzusu gerçəkləşə bilər.

Nəşrin yazdığına görə, Qərb bununla Paşinyanı xəbərdar edir ki, tədbir görməyəcəyi təqdirdə, onu Qərbin tələblərini yerinə yetirəcək daha radikal hökumət əvəz edəcək.

Qeyd edək ki, martın 24-də üç silahlı şəxs İrəvanın Nor Nork rayonunda polis idarəsinin binasına soxulublar. Sözügedən üç şəxs bölməyə qumbara atsa da, yaralanan ancaq özləri olub.

Mövzuya görə xəbərlər