Son dəqiqə

Fələstin BMT İsrail Qəzza

İsrail oktyabrın 7-dən bəri Fələstin torpaqlarında 196 humanitar işçini öldürüb - BMT

Bakı. TurkicWorld:

İsrail oktyabrın 7-dən bəri Fələstin torpaqlarında 196 humanitar işçini öldürüb.

TurkicWorld xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik bugün keçirilən mətbuat konfransında deyib.

Düjarrik humanitar yardım işçilərindən aldıqları məlumatlara istinad edərək, oktyabrın 7-dən bəri işğal olunmuş Fələstin torpaqlarında həlak olan humanitar yardım işçilərinin sayının 196-ya çatdığını açıqlayıb.

O həmçinin bildirib ki, Qəzza humanitar yardım işçisi kimi işləmək üçün dünyanın ən təhlükəli yeridir.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər