Son dəqiqə

İsrail Qətər HƏMAS

HƏMAS və İsrail arasında əsir mübadiləsi razılaşması tezliklə imzalanacaq - Qətər XİN ​

Bakı. TurkicWorld:

HƏMAS və İsrail arasında əsir mübadiləsi razılaşması tezliklə imzalanacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani danışıb.

"Müharibənin dayandırılmasının və yardımların daxil olması üçün humanitar dəhlizlərin açılması vacibdir. Bizim prioritetlərimiz dərhal atəşkəs yaradılması, Qəzza zolağına qarşı bütün hücumlara, soyqırımlara son qoyulmasıdır. Həmas ilə İsrail arasında əsir mübadiləsi üçün bizi ancaq kiçik çətinliklər gözləyir",- deyə nazir bildirib.

Əl-Tani, beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada törətdiyi qətliamlara qarşı mövqe tutmağa çağırıb.

Həmçinin nazir, İsraili Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarına əməl etməyə, Qəzzaya hücumları dayandırmağa və humanitar dəhlizləri açmağa çağırıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər