Son dəqiqə

İslam Əməkdaşlıq Təşkilatı Ər-Riyad Ərəb Dövlətləri Liqası

Bu gün Ər-Riyadda Ərəb-İslam birgə sammiti işə başlayacaq

Bakı. TurkicWorld:

Noyabrın 11-də Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə birgə sammiti keçiriləcək. Əvvəlcə Ərəb Dövlətləri Liqası Şurasının fövqəladə iclasının və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitinin ayrıca keçiriləcəyi güman edilirdi, lakin sonra onların birləşdirilməsinə qərar verilib.

TurkicWorld -in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Qəzza zolağında baş verən müstəsna halları nəzərə alaraq, Səudiyyə Ərəbistanı Krallığı ilə Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı arasında aparılan məsləhətləşmələrdən sonra bu gün Ər-Riyadda fövqəladə Ərəb-İslam sammitinin keçirilməsi qərara alınıb.

Ərəb Liqası Şurasının fövqəladə iclasının ən yüksək səviyyədə keçirilməsi təşəbbüsü Səudiyyə Ərəbistanı rəhbərliyinə və Fələstin Prezidenti Mahmud Abbasa məxsusdur.

Mövzuya görə xəbərlər