Son dəqiqə

ABŞ Co Bayden Donald Tramp

Donald Tramp 5 ən mühüm ştatda Co Baydendən öndədir

Bakı. TurkicWorld:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçicilərin dəstəyinə görə hazırki prezident Co Baydeni 5 mühüm ştatda qabaqlayıb.

TurkicWorld xəbər verir ki, "New York Times" qəzetinin və Siean kollecinin keçirdiyi sorğular bunu təsdiqləyib.

Belə ki, Tramp Arizona, Miçiqan, Nevada, Corciya və Pensilvaniiya ştatlarında seçicilərin çoxluğu Trampı dəstəkləyib.

Bayden Trampı yalnız Viskonsin ştatında keçə bilib.

Qeyd olunub ki, Tramp Baydeni Nevada ştatında 10, Corciyada 6, Arizona və Miçiqanda 5, Pensilvaniyada isə 4 faiz bəndi ilə keçdiyi halda, Bayden Trampı Viskonsində cəmi 2 faiz bəndi ilə qabaqlaya bilib.

Altı ştat üzrə məlumatları ümumiləşdirdikdə Trampın Baydendən orta hesabla 48% - 44% öndə olduğu görünür

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri gələn ilin noyabr ayında keçiriləcək.

Mövzuya görə xəbərlər