Son dəqiqə

Fələstin İsrail Avstraliya Qəzza

Beynəlxalq ictimaiyyət Qəzzada mülki şəxslərin ölümünü qəbul etməyəcək - Avstraliya XİN

Bakı. TurkicWorld:

Beynəlxalq ictimaiyyət Qəzzada mülki şəxslərin ölümünü qəbul etməyəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq danışıb.

"Mən, Avstraliyanın münaqişədə "humanitar fasilə" çağırışını təkrarlayıb və bildirirəm ki, ərzaq, dərman və yanacaq kimi təcili humanitar yardımlar Qəzzalılara çatdırılmalıdır. Hökumətimiz Qəzzada qapalı qalan Avstraliya vətəndaşlarının təxliyəsi üçün səylərini davam etdirir. Bir çox Avstraliya vətəndaşı təxliyyə olunmaq üçün gözləyir. Misirə keçməyi bacaran avstraliyalıların sağlamlıqları yaxşıdır. Rəfah sərhəd qapısı vasitəsilə Misirə keçən Avstraliya vətəndaşları arasında uşaqlar da var",- deyə o bildirib.

Nazir Vonq qeyd edib ki, Misir, Qətər, İsrail və ABŞ-ın xarici işlər nazirlərinə vətəndaşlarının təxliyyəsində göstərdikləri dəstəyə görə təşəkkür edirəm.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzzaya hücumları nəticəsində 3 min 542-si uşaq olmaqla 8 min 796 nəfər həyatını itirib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər