ABŞ İsrail-Fələstin münaqişəsində atəşkəsə qarşıdır - Rusiya XİN

ABŞ İsrail-Fələstin münaqişəsində atəşkəsə qarşıdır - Rusiya XİN

Bakı. TurkicWorld:

ABŞ İsrail-Fələstin münaqişəsində atəşkəsə qarşıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Pravoslav Fələstin İmperator Cəmiyyətində çıxışında deyib.

"Hazırda hərbi əməliyyatların dayandırılması nə deməkdir? Hətta əsirlərin, o cümlədən, hazırda Qəzza bölgəsində olan İsrail vətəndaşlarının xilas edilməsi və əcnəbi vətəndaşların çıxarılması deməkdir. ABŞ isə buna qarşıdır", - o deyib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.