Qafqazda Ermənistan vasitəsilə NATO-nun maraqları təşviq olunur - Lavrov

Qafqazda Ermənistan vasitəsilə  NATO-nun maraqları təşviq olunur - Lavrov

Bakı. TurkicWorld:

Rusiya Qafqazda Ermənistan vasitəsilə NATO ölkələrinin maraqlarını təşviq etmək cəhdlərini qeydə alır.

TurkicWorld xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları barədə deyib.

Onun sözlərinə görə, anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi həlledici dərəcədə süni xarakter daşıyır.

"Biz son illərdə Ermənistanda yaradılmış qeyri-hökumət təşkilatlarının sayı barədə məlumatlıyıq, elə əvvəllər də onların sayı az deyildi. Bu təşkilatlar Ermənistanla Rusiya Federasiyası arasında dostluq münasibətlərinin təşviqi məqsədilə yaradılmır.

Onların məqsədi burada anti-Rusiya abu-havası yaratmaq və bu regionda Ermənistan vasitəsilə ilk növbədə ABŞ və Avropa İttifaqının, eləcə də NATO ölkələrinin maraqlarının təşviqi üçün zəmin hazırlamaqdan ibarətdir. Biz bu cəhdləri görürük, onlar müəyyən nəticələr əldə edir", - Lavrov deyib.