Son dəqiqə

İsrail Yoav Qalant HƏMAS İsrail XİN

HƏMAS bu hərəkətlərinin əvəzini ağır ödəyəcək - İsrail XİN

Bakı. TurkicWorld:

HƏMAS təşkilatı bu hərəkətlərinin əvəzini ağır ödəyəcək.

TurkicWorld xəbər verir ki, bu fikirlər İsrail Xarici İşlər Nazirliyinin "X" (tvitter) sosial şəbəkə hesabında paylaşımında yer alıb.

Bildirilib ki, HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə terrorçuların sızması da daxil olmaqla birgə hücum həyata keçirib. Ancaq İsrail ordusu mülki İsrail vətəndaşlarını müdafiə edəcək.

Nazirlik mülki şəxsləri Milli Fövqəladə Hallar Portalında yerləşdirilən xüsusi təlimatlara uyğun hərəkət etməyə və sığınacaqlara yaxın qalmağa çağırıb. Qəzza zolağının ətrafındakı bölgələrdə yaşayan sakinlərdən isə evlərində qalmaları istənilib.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Mövzuya görə xəbərlər