Son dəqiqə

Çin

Çində mədəndə baş verən yanğında 16 nəfər ölüb

Bakı. TurkicWorld:

Çinin cənub-qərbindəki Quizhou əyalətində mədəndə baş verən yanğın 16 nəfərin həyatına son qoyub.

TurkicWorld-un məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə Pançjou şəhəri yaxınlığındakı Şanzyaoşu kömür mədənində yerli vaxtla təxminən 08:00-da olub. İlkin məlumata görə, yanğın konveyerdə baş verib və 16 işçi ölüb.

Yanğınsöndürənlər yanğını söndürüblər.

Mövzuya görə xəbərlər