Son dəqiqə

Qazaxıstan Özbəkistan Türkmənistan Qırğızıstan Tacikistan

Mərkəzi Asiya ölkələri yük avtomobillərinin daşınmasını sadələşdirəcək

Bakı. TurkicWorld:

Mərkəzi Asiya ölkələri region dövlət başçılarının beşinci məsləhətçi görüşü zamanı quru nəqliyyatının qarşılıqlı əlaqəsinin gücləndirilməsi haqqında saziş imzalayacaqlar.

TurkicWorld Tacikistan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, görüş 2023-cü il sentyabrın 14-15-də Düşənbədə baş tutacaq.

Bildirilir ki, sənəd region ölkələri arasında nəqliyyat və logistika sahəsində möhkəm münasibətlərin əldə edilməsinə, o cümlədən beynəlxalq quru daşımalarının inkişafı üçün əlverişli şəraitin yaradılmasına və Mərkəzi Asiyada nəqliyyat xidmətləri bazarında rəqabət mühitinin təmin edilməsinə yönəlib.

Görüşdə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Qırğızıstanın nəqliyyat və kommunikasiya naziri Tilek Tekebayev, Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov, Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinin baş direktoru Məmmetxan Çakıyev və Tacikistanın nəqliyyat naziri Azim İbroxim iştirak edəcəyi gözlənilir.

Tərəflər nəqliyyat və logistika məsələlərini və onların daha da uyğunlaşdırılmasını müzakirə edəcəklər.

Mövzuya görə xəbərlər