Bakı. TurkicWorld:
Belçika Ukraynaya F-16 təyyarələrini göndərməyəcək.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçika ordusunun maddi müdafiə resursları üzrə baş idarəsinin rəhbəri, leytenant Frederik Qetink deyib.
Buna səbəb olaraq isə F-16 təyyarələrinin çox pis vəziyyətdə olması göstərilib.
"Məsələ bizim istəməməyimizdə deyil, bizim təyyarələrimiz istismardan çıxanda artıq köhnəlmiş olur. Bu təyyarələr o qədər çox uçub ki, konstruksiyaları köhnəlib. Özünüzün istifadə etməyəcəyiniz təyyarələri Ukraynaya göndərmək olmaz", - Frederik Qetink deyib.
Qeyd edək ki, Belçikanın baş naziri Aleksandr De Kroo hələ fevral ayında Brüsselin Ukraynaya hərbi təyyarələr göndərməyəcəyini bildirib və ölkənin müdafiə naziri Lyüdivin Dedonder bunu təsdiqləyib.