Son dəqiqə

BMT Qabon Antonio Quterreş

BMT-nin baş katibi Qabonda çevriliş cəhdini pisləyib

Bakı. TurkicWorld:

BMT-nin baş katibi Antonio Quterreş Qabonda dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib və bütün tərəfləri problemi sülh yolu ilə həll etməyə çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə çərşənbə günü brifinq zamanı baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

“Baş katib Qabondakı hadisələri diqqətlə izləyir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Quterreş bu prosesdəki bütün tərəfləri təmkinli olmağa, inklüziv və konstruktiv dialoqda iştirak etməyə, insan hüquqlarına və hüquq normalarına riayət olunmasını təmin etməyə çağırıb.

Mövzuya görə xəbərlər