Son dəqiqə

Dağıstan

Dağıstanda partlayış baş verən rayonda fövqəladə vəziyyət rejimi tətbiq edildi

Bakı. TurkicWorld:

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin Kumtorkalinski rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

TurkicWorld xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Melikov bildirib.

Məlumata görə, o yanacaqdoldurma məntəqəsində baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahın iclasını keçirib.

Mövzuya görə xəbərlər