Son dəqiqə

Beynəlxalq Kosmik Stansiya

CAR Beynəlxalq Kosmik Stansiyaya iki qadın kosmonavt göndərəcək

Bakı. TurkicWorld:

CAR iki il ərzində Beynəlxalq Kosmik Stansiyaya iki qadın kosmonavt göndərəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Cənubi Afrika Milli Kosmik Stansiyasının baş icraçı direktoru Humbulani Mudau, ruslar tərəfindən inşa edilmiş kosmos tullantılarının araşdırılma mərkəzinin açılışında iki qadın kosmonavta təlim keçərək onları 2 il ərzində Rusiyanın Kosmik Agentliyi olan "Roskosmos" vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya göndərəcəklərini açıqlayıb.

Xatırladaq ki, "Roskosmos" 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza əl-Mənsurini "Soyuq MS-15" kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərib.

Afrikadan kosmosa uçan ilk kosmonavt isə 2002-ci ildə Cənubi Afrikadan olan iş adamı Mark Şattlvort olub.

Mövzuya görə xəbərlər