Son dəqiqə

Yaponiya Beynəlxalq Kosmik Stansiya kosmos kosmos xəbərləri Elmi tədqiqat Kosmik müşahidələr araşdırma kosmos tədqiqatları 2025

Alimlər kosmosda sağlam nəsillərin yaranması ehtimalını araşdırır

BAKI, AzerVoice, Nərmin Ağayeva

Kosmosda sağlam nəsillərin yaranması ehtimalı alimlərin son araşdırması ilə daha da güclənib.

AzerVoice xəbər verir ki, Yaponiyanın Kioto Universitetinin alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) altı ay ərzində dondurulmuş siçan hüceyrələrindən sağlam balaların dünyaya gəlməsinə nail olublar. Araşdırma kosmosda sağlam nəsil yaratmağın mümkün ola biləcəyini göstərir.

Tədqiqatda siçanların reproduktiv kök hüceyrələri dondurularaq BKS-ə göndərilib və altı ay dondurucuda saxlanılıb. Yerə qaytarıldıqdan sonra hüceyrələr normal inkişaf göstərib və cütləşmədən sonra sağlam balalar dünyaya gəlib. Alimlər siçanların genetik normalığını təsdiqləyiblər.

Qeyd edək ki, tədqiqatın aparıcı müəllifi Mito Kanatsu-Şinohara kosmos missiyalarında reproduktiv hüceyrələrin qorunmasının gələcək insan kosmik uçuşları üçün həlledici rol oynayacağını bildirib.

Mövzuya görə xəbərlər