Son dəqiqə

Türkiyə TEKNOFEST Beynəlxalq Kosmik Stansiya Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır

BKS-ə gedən ilk türk kosmos səyahətçimiz 13 fərqli elmi təcrübə həyata keçirəcək - Kacır

Bakı. TurkicWorld:

Beynəlxalq Kosmik Stansiyaya gedən ilk türk kosmos səyahətçimiz 13 fərqli elmi təcrübə həyata keçirəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır deyib.

“Milli Kosmos Proqramımızın uğurunda beynəlxalq əməkdaşlığın kritik rol oynadığının fərqindəyik.”- deyə nazir bildirib.

O qeyd edib ki, Türkiyənin kosmosdakı işini koordinasiya etmək üçün 2018-ci ildə Türk Kosmik Agentliyi qurulub.

“Biz kosmik elmlər və texnologiyalar sahəsində əməkdaşlıq həyata keçiririk. Bizim 2030-cu ilə qədər əldə etməyi planlaşdırdığımız 10 hədəfimiz var. Türk Astronavt və Elm Missiyası çərçivəsində Türkiyənin ilk insanlı kosmos missiyasını dizayn etdik. Bu gün dünyanın ən böyük aviasiya və kosmos festivalı olan TEKNOFEST ilə gənclərimiz pilotsuz uçuş aparatlarından raketlərə, model peyklərdən reaktiv mühərriklərə qədər müxtəlif sahələrdə texnologiya dizayn və inkişaf etdirmək imkanı əldə edirlər” – deyə Kacır əlavə edib.

Məlumat üçün qeyd edək ki, Kosmik Tədqiqatçılar Dərnəyi (ASE) tərəfindən təşkil edilən 'Planet Konqresi' Bursa Uludağda Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzinin (GUHEM) ev sahibliyi ilə başlayıb.

Bursa Ticarət və Sənaye Palatası (BTSO), Türkiyənin ilk kosmos və aviasiya mövzusunda interaktiv təhsil mərkəzi olan GUHEM və şəhərin iş dünyası üçün istinad təhsil mərkəzi olaraq şəhərə gətirdiyi Bursa Biznes Məktəbinin ev sahibliyi ilə 19 ölkədən 70 kosmonavt Bursada bir araya gəlib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər