Son dəqiqə

Türkiyə Türkiyə Kosmos Agentliyi Beynəlxalq Kosmik Stansiya

Türkiyənin ilk kosmos səyahətçiləri bəlli olub

Bakı. TurkicWorld:

Türkiyənin ilk kosmos səyahətçiləri bəlli olub.

TurkicWorld-un məlumatına görə, F-16 pilotu Alper Gezeravcı və Roketsan mühəndisi Tuva Cihangir Atasever ən çətin sınaqlardan keçiblər.

Bütün seçim meyarlarına cavab verən Alper Gezeravcı və Tuva Cihangir 36 min nəfər arasından qarşılaşdıqları bütün çətin sınaqlardan müsbət nəticə əldə ediblər.

Kosmik səyahətçilər kosmos missiyasından əvvəl ABŞ-da təlim keçirlər. Təlim çərçivəsində onlar kosmik stansiyada həyati fəaliyyətlərini həyata keçirmək üçün praktiki və nəzəri dərslər alırlar.

Məlumat üçün qeyd edək ki, kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və prosesdə 13 fərqli təcrübə aparacaqlar.

Mövzuya görə xəbərlər