"SpaceX" şirkəti turistlərin olduğu kosmik gəmini BKS-ə göndərib

"SpaceX" şirkəti turistlərin olduğu kosmik gəmini BKS-ə göndərib

Bakı. TurkicWorld:

"Axiom" kommersiya proqramı çərçivəsində "Falcon 9" raketi "Crew Dragon" pilotlu kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) start götürüb.

TurkicWorld-un məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.

Gəmiyə keçmiş "NASA" astronavtı və BKS-nin ilk qadın komandiri Peqqi Uitson komandirlik edir, pilot sahibkar Con Şoffner, ekipaj üzvləri isə Səudiyyə Ərəbistanı astronavtları Rayyan Barnavi və Əli əl-Karnidir.

Astronavtlar BKS-də səkkiz gün qalacaq və bu müddət ərzində onun daimi heyəti ilə birlikdə çalışacaqlar.