Gezeravcının kosmosdan qayıdışı yenidən təxirə salınıb

Gezeravcının kosmosdan qayıdışı yenidən təxirə salınıb

Bakı. TurkicWorld:

İlk türk astronavt Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyadan (BSK) qayıdışı əlverişsiz hava şəraiti səbəbilə yenidən təxirə salınıb.

TurkicWorld xəbər verir ki, bu barədə SpaceX məlumat yayıb.

"Kosmik gəmi və Ax-3 ekipajı sağlamdır və komandalar hava şəraitini izləməyə davam edəcəklər", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

X: Lamanasadli01