Rus kosmonavt 878 gün kosmosda qalaraq rekord qırıb

Rus kosmonavt 878 gün kosmosda qalaraq rekord qırıb

Bakı. TurkicWorld:

Rusiyalı kosmonavt Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyada (BKS) 878 gün qalaraq kosmosda ən uzun müddət qalma rekordunu qırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Kosmos Agentliyi açıqlayıb.

Məlumata əsasən, 59 yaşlı Oleq Kononenko kosmosda 878 gün 12 saat keçirərək, 2015-ci ildə 878 gün 11 saat 29 dəqiqə 48 saniyə ilə dünya rekorduna sahib olan digər rusiyalı kosmonavt Gennadi Padalkanın rekordunu təzələyib.

Qeyd edək ki, Kononenkonun son səyahəti digər rus kosmonavt Nikolay Çub və NASA astronavtı amerikalı Loral O'Hara ilə başlayıb. Onları Beynəlxalq Kosmik Stansiyaya daşıyan Rusiyanın "Soyuz MS-24" kosmik gəmisi 2023-cü il sentyabrın 15-də Qazaxıstanın Baykonur kosmodromundan kosmosa buraxılıb.

X: Lamanasadli01