Son dəqiqə

Türkiyə İran Rusiya Suriya Astana

Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri Astanada görüşəcək

Bakı TurkicWorld

Qazaxıstanın Astana şəhərində iyunun 21-də Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.

TurkicWorld xəbər verir ki, iyunun 20-21-də Rusiyanın geniştərkibli nümayəndə heyəti Astanada səfərdə olacaq.

İclasda Suriyanın 12 illik vətəndaş müharibəsindən sonrakı gələcəyi müzakirə olunacaq.

Qeyd edək ki, iyunun 10-da Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə Türkiyə-Suriya münasibətlərini normallaşdırılması və bir sıra digər məsələlər müzakirə olunub.

Mehriban Xəlilli

@MXalilbekova

Mövzuya görə xəbərlər