Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik - Paşinyan

Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik - Paşinyan

Bakı. TurkicWorld:

Rusiyanın Ukraynada müharibə aparmasından narahatıq.

TurkicWorld xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyanın "CNN.Prima" nəşrinə müsahibəsində bildirib.

Daha sonra Paşinyan bildirib:

"Bizim Rusiya müttəfiqi olduğumuzu deyirsiniz. Bu daha əvvəl heç vaxt açıq şəkildə deyilməyib, amma mən düşünürəm ki, bu görünür. Biz Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyilik. Biz o müharibə ilə, o münaqişə ilə bağlı narahatlıq duyuruq, çünki bu birbaşa olaraq bizim bütün beynəlxalq əlaqələrimizə təsir edir".