Bakı. TurkicWorld:
Bu gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınaqları ilə bağlı iclas keçirəcək.
TurkicWorld xəbər verir ki, bu barədə məlumat Təhlükəsizlik Şurasının iş proqramında yer alıb.
Təhlükəsizlik Şurasının sədri, BƏƏ-nin daimi nümayəndəsi Lana Zəki Nuseyba daha əvvəl bəzi ölkələrin bu mövzuda məsləhətləşmələr tələb etdiyini bildirmişdi.
İclas saat 23:00-a təyin edilib.