Son dəqiqə

BMT Şimali Koreya Antonio Quterreş

BMT-nin baş katibi Şimali Koreyanın hərbi peyk daşıyan raketin buraxılışını pisləyib

Bakı. TurkicWorld:

BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın hərbi peyk daşıyan raketin buraxılışını kəskin şəkildə pisləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə A.Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Qeyd olunub ki, baş katib ballistik raketlərdə istifadə olunan texnologiyalardan istifadə edilən istənilən buraxılışın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olduğunu açıq şəkildə göstərib.

O, həmçinin Pxenyanı bu cür hərəkətləri dayandırmağa və Koreya yarımadasının davamlı sülhə və tam, nəzarətli nüvəsizləşdirilməsinə nail olmaq üçün dərhal dialoqu bərpa etməyə çağırışını təkrarlayıb.

Mövzuya görə xəbərlər