Bakı. TurkicWorld:
Alfons Forello Kapone və ya Al Kapone - Çikaqoda 1920-1930-cu illərin ən məşhur qanqsteri olub. Qumar biznesi ilə məşğul olan qanqsteri (Scarface) “Çapıqlı Üz” adı ilə də tanıyıblar.
Al Kapone, 1899-cu il 17 yanvar tarixində Neapolda dünyaya gəlib. Müflis olmuş bərbər Qabriyel Kaponenin və həyat yoldaşı Terezanın doqquz uşağından dördüncüsü olub. 1909-cu ildə ailə ABŞ-a köçüb, Bruklinin ən kasıb və kriminal qəsəbələrinin birində yaşayıblar. XX əsrin ən kriminal insanı olan Kapone, ömrünün sonunadək təhsilsiz və savadsız olaraq qalıb.
O, əvvəllər limanda şəxsi biznesini qurmaq arzusu ilə yaşayan sadə bir işçi olub. Kapone ən adi məktəbdə təhsil alıb. Beş yaşında məktəbə gedən Al Kapone altıncı sinifdə müəllimlə münaqişəsi səbəbindən məktəbi tərk edib. Elə həmin illərdə o, “Bim Bums” adlı mafiyaya qoşulub, mafiyanın üzvləri Kaponeyə tez bir zamanda bıçaq və tapançadan istifadəni öyrədiblər. Məktəbi atdığı zamanlarda Kapone müxtəlif işlərdə çalışıb, aptekdə, bouling klubda, hətta şirniyyat dükanında işləyib. Ancaq daha çox gecə həyatı tərzi onu cəlb edib. Bilyard oynamağa aludə olan Kapone, il ərzində Bruklində keçirilən bütün yarışlarda qalib gəlib. Eyni zamanda o, daima silahlarla məşq edib, üstün döyüşçü olub. Elə bu zamanlarda Kapone ailəsi Qarfild Pleysə köçüblər. Məhz burada gənc Al Kapone iki insanla tanış olub, hansılar ki, ona həyatında böyük təsir göstəriblər.
Onlardan birincisi - onun gələcək arvadı May və ikincisi - hörmətli mafioz Coni Torrino. O vaxtlar qəsəbənin gəncləri həmçinin də Al Kapone Coni Torrinonun ayaqqabılarşnı silib, onun bir neçə kiçik xahişini yerinə yetiriblər. Al Kapone Coni üçün ideal olub. Coni onunla öz oğlu kimi rəftar edib, çünki o Al Kaponeyə baxarkən öz gəncliyini xatırlayıb.
Coni Torrino tək quldur deyil, həm də cinayətkar olub. Coni sevimli şagirdinə ən ağır cinayətləri tapşırıb. Kaponenin ilk "ağır cinayəti" çinli birini öldürməsi olub . Elə onun üzündə olan 12 sm-lik çapığı da bu cinayəti törədən zaman baş verib. Çapıq onun yanağından çənə hissəsinə qədər, demək olar ki, üzün bir hissəsini əhatə edib.
19 yaşında Al Kapone Nyu-Yorkda irlandlı 21 yaşlı xanım May Koflinlə evlənib və tezliklə Albert Kopen adlı oğlu olub. Al Kapone tez-tez Nyu-Yorkda şübhəli şəxs kimi saxlanılıb, çox çətinliklə də olsa azadlığa buraxılıb. Bir neçə aydan sonra məşhur Coni onu yanına Çikaqoya çağırıb. Ailəsi ilə birlikdə dərhal Nyu-Yorku tərk edən Al Kapone, Torrinonun yeni klubunda barmen kimi işləməyə başlayıb.
Al Kapone həyatında 12 dəfə həbs olunub, 12 dəfə də maddi cərimə vasitəsilə azad edilib. 1919-cu ildə - bədən xəsarətləri yetirdiyinə görə; 1922-1923-cü illərdə vasitəçilik və qumara görə; 1924-cü ildə qəsdlə öldürmə hadisəsinə görə; 1925-ci ildə Nyu-Yorkda xuliqanlığa görə; 1926-cı ildə üç dəfə - hiylə, spirtli içki qaçaqmalçılığına və Çikaqoda baş vermiş ölüm hadisəsinə görə; 1927-ci ildə iki dəfə, İllinoys ştatında icazəsiz silah saxlamasına görə; 1929-cu ildə məhkəməyə üzrsüz gəlməməsi səbəbiylə.
Al Kapone yaşadığı illərdə Çikaqoda 14 il ərzində 700 qətl hadisəsi baş veribsə, bunlardan 400-ü elə Kaponenin əmr ilə olub.
Al Kapone 1934-cü ildə həbs olunaraq Atlantaya aparılıb, bir müddət qaldıqdan sonra Alkatras adasında yerləşən “Skala” həbsxanasına köçürülüb. O, həbsxanadan xəstə vəziyyətdə buraxılıb və sonrakı həyatını Floridada öz şəxsi evində keçirib. 25 yanvar 1947-ci ildə o beyin infarktı və sətəlcəm (ağciyərin iltihabı) xəstəliyindən vəfat edib. Onun cəsədi Floridadan Çikaqoya gətirilib. Axı Al-Kapone “Çikaqo Kralı” olub.







