Son dəqiqə

Kim kimdir? Yusif Eyvazov

Yusif Eyvazov kimdir?

Bakı. TurkicWorld:

Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Azərbaycanın Xalq artisti və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov 2 may 1977-ci ildə Əlcəzairdə ziyalı azərbaycanlı ailəsində anadan olub.

Onun valideynləri həmin dövrdə Sovet İttifaqının mütəxəssisləri qismində Əlcəzairdə işləyiblər.

Atası metallurgiya üzrə mütəxəssis və Bakı Dövlət Universitetinin professoru olub.

Bakıda böyüyüb başa çatan və atasının yolunu davam etdirmək istəyən Yusif orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olub.

Hələ Texniki Universitetin tələbəsi olarkən, yığıncaqların birində yoldaşlarının xahişi ilə mahnı ifa edir və dostlarının təkidi ilə musiqi təhsili almaq qərarına gəlir.

O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olur, daha sonra təhsilini davam etdirmək məqsədi ilə 1998-ci ildə İtaliyanın Milan şəhərinə gedir.

Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi məhşurlardan dərslər alır.

2009-cu ilin aprel ayında Bakıda ilk solo konserti ilə çıxış edən Eyvazov, 2010-cu ildə Dövlət Akademik Böyük Teatrda Kavaradossi ("Toska" C. Puççini) obrazı ilə debüt çıxış edib.

Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub olan sənətçi, 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Karyerasına İtaliyada başlayan sənətkar Opera Fiesoledə, Roma Opera Teatrında (it. Teatro dell'Opera di Roma) və Arena di Veronada Radames partiyasını, Venesiyada Teatro La Fenice-də Hermann, Ravenna Festivalında Otello partiyalarını ifa edib.

Hələ 2010-cu ildə Dövlət Akademik Böyük Teatrda Kavaradossi rolunu ifa etmək üçün dəvət alan Eyvazov 2014-cü ildə Anna Netrebko ilə tərəf müqabili olaraq Romada görkəmli dirijor Rikkardo Mutinin rəhbərliyi ilə C. Puççinin "Manon Lesko" operasında De Grie obrazını canlandırıb.

O, seçdiyi rollarda daha çox italyan operalarının repertuarına üstünlük verir.

Cüzeppe Verdi, Boyto, Verismo, Rucero Leonkavallo, Cakomo Puççini, Maskanyi, Cordanoya və s. kimi bəstəkarların əsərlərindəki qəhrəman obrazların ariyaları Y. Eyvazovun repertuarında əsas yer tuturlar.

Rus repertuarından indiyədək yalnız Çaykovskinin "Qəliz qadın" operasındakı Hermann rolu ilə səhnəyə çıxan Eyvazov fransız operalarından J. Bizenin "Karmen" operasında Don Xose obrazını canlandırıb.

Eyvazov 29 dekabr 2015-ci ildə məhşur rus əsilli Avstriya opera müğənnisi Anna Netrebko ilə ailə həyatı qurub.

Yusif Eyvazov hazırda ailəsi ilə birlikdə Vyanada yaşayır.

O, çox yaxşı ingiliscə və demək olar ki, mükəmməl səviyyədə italyan dilində danışır.

Mövzuya görə xəbərlər