Son dəqiqə

Kim kimdir?

Türk mifologiyasında Kuyaş Ata kimdir?

Bakı. TurkicWorld:

Türk mifologiyasında Kuyaş Ata - Günəş tanrısıdır. Göyün yeddinci qatında oturur. Yer üzünə göndərdiyi həyat enerjisi səbəbiylə türk mədəniyyətində Günəşə hörmət edilir və həyatverici bir element kimi qəbul edilir.

Anadolu sözü yunan dilində Günəşin doğulduğu yer deməkdir. Türklər doğan Günəşi üç və ya doqquz dəfə salamlarlar. Xaqanın çadırın qapısı şərqə baxır. Evlərin qapıları həmişə şərqə açılır.

Bütün mədəniyyətlərdə günəş dünyaya göndərdiyi işıqlar, yəni həyat enerjisi səbəbiylə hörmət qazanmışdır. Verdiyi istilik onun gücü olaraq görülmüşdür. Bu səbəblə də az qala bütün sivilizasiyalarda və bütün birliklərdə Baş Tanrı mövqeyinə gətirilmişdir.

Mövzuya görə xəbərlər